Ümumi vəziyyəti, prosesi göz önünə alınması, daha yaxşı izah edilməsi üçün müqayisəli təhlildən istifadə edilir. Öncədən qeyd etməyimiz lazımdır ki, müqayisə bir mədəniyyətdir, manuplyasiya aləti olmamalıdır. Manuplyasiya aləti kimi daha çox KİV-lərdəki xəbərlərdə görürük. Bu, məqalədəki təhlil üçün ciddi risk təşkil edir, kütləni yalnış istiqamətləndirir. Məsələn, Azərbaycanla İsraili müqayisə etməyimiz üçün sahələr dəqiq seçilməlidir. Bu ölkələr üçün SWOT analiz də apara bilərik. Ancaq ümumi olaraq dənizə çıxışı olan İEÖ İsrailin enerji sektoru ilə dənizə çıxışı olamayan İOÖ Azərbaycanı analiz etsək müqayisə qüsurlu olacaq. O da məlumdur ki, qlobal iqtisadiyyatda dənizə çıxış olmaq demək bir addım öndə olmaq deməkdir.
Hər bir satınalmaçının yüksək təhlil qabiliyyəti, detallara diqqət edə bilmək bacarığı olmalıdır. Müqayisə düzgün aparılmadığı təqdirdə yanlış qərarlar vermək ehtimalı da artır. Yerli bazarda ERP sistemdən çox az sayda istifadə edən şirkətlərimiz var, ancaq əksər şirkətin ERP sistemə keçidi ləng gedir. Sistem olmasa da belə müqayisə üçün standartlarımızın olması lazımdır. Aşağıda sadə formada hazırlanmış “qiymət müqayisə cədvəli” şablonu yerləşdirilib. Şablon daha mürəkkəb də yığıla bilər, müqayisə zamanı nələri müqayisə etdiyimiz önəmlidir.
Son zamanlar “alma alma” (apples to apples) deyimindən istifadə edən satınalmaçılarımızın sayı artır. Korporativ idarəetmə, rəqabət, köhnə kadrların nəzəri/ praktiki olaraq yetişən, beynəlxalq təcrübədən nəsibini alan kadrlarla əvəzlənməsi sahəni inkişafa aparır. Süni intellektin tədarük zəncirində tətbiqi XXI əsrin üçüncü on illiyində özünü daha qabarıq şəkildə göstərir.
Dünya iqtisadiyyatında baş verən dalğalanmalar kəpənək effekti kimi bütün sahələrə təsir göstərir. Tədarük zəncirində baş verən qırılmalar bizi daha da effektiv satınalma üsullarından istifadə etməyə məcbur edir.
2023 -ün proqnozlaşdırılan trendlərinə baxdıqda tədarük zəncirlərində dalğalanmaların yüksək həddə olacağı qaçılmaz kimi görünür. 2024-ün bu günü bir ilin təhlilinə birlikdə baxmaq ümidilə.