Mədəniyyətin beşiyi olan Mesopotomiya tarix boyunca böyük imperiyalara ev sahibliyi edib. O cümlədən üç böyük səmavi dinin mərkəzi də buradır. Kitabı oxuyarkən yazar, zaman zaman bu qədimliyə diqqət çəkir.
Səddam Hüseyn hakimiyyətinin dağılmasına aparan prosesləri bəzən həftəbəhəftə, bəzənsə, günbəgün kitaba işləməsi həmin dövrü anlamaq baxımından çox önəmlidir.
Mənim üçün ən maraqlı olan hissə Səddamın hakimiyyətə gəldiyi gündən İran-İraq müharibəsinin sonuna qədərki olan hissədir. Həmin hissələri oxuyarkən ağlımıza yenə ABŞ-ın Orta və Cənubi Asiyadakı Əfqanıstan-Pakistan siyasəti gəlir. Bir çox hadisələr çox oxşardır, hətta eynidir. Məsələn, İranda quruluş dəyişim astanasında olarkən və ona qədər Fransa, ABŞ və digər dövlətlər İraqa həm maddi, həm də texniki baxımdan dəstək oldular. Müharibə dövründə də bu dəstək davam etdi. Daha sonra İraqa göndərdikləri silah sursat Səddamın əlini qolunu açdı, bir yerdən sonra müttəfiqlər üçün təhdidə çevrildi. 70-ci illərin sonunda SSRİ Əfqanıstan bataqlığına girdikdə ABŞ Talibanı Pakistanda yüksək hazırlıq vəziyyətinə gətirdi, silah sursatla təchiz etdi. Müharibə bitdikdə həmin silahlar yenə müttəfiqlərə qarşı yönəldi.
İraq artıq 20 ildir ki, Səddamsızdır. 20 il İraqa nə verdi?!
Yaxın Şərq və Orta Asiyada baş verən proseslərin təsiri hansısa formada Qafqazlarda da hiss edilir. Hərdən quş baxışı baxmaq lazımdır. İranla bağlı kitab tövsiyyəsi üçün linkə keçid edə bilərsiniz
Not: İranla İraq sərhədi 1639-cu ildə Səfəvilərlə Osmanlılar arasında bağlanmış Qəsri Şirin müqaviləsi ilə 400 ilə yaxındır ki, dəyişməyib.