Kommunikasiya satınalma üçün həyati dərəcədə əhəmiyyətlidir. Bunu bir neçə istiqamətə ayıra bilərik. Bu istiqamətlər hər biri özlüyündə kompleks yanaşmanı ehtiva edir. Bu həmçinin sifariş axınının düzgün, dəqiq getməsi üçün də vacibdir.
“İnsanları dinləmək, onların əslində nə dediklərini, hansı duyğuları ifadə etdiklərini anlamaq bacarığıdır.” Carl Rogers
- Əməkdaşlıq və Kommunikasiya: Satınalma bölməsi ilə son istifadəçilər arasında effektiv əməkdaşlıq proseslərin düzgün irəliləməsi üçün çox vacibdir. Son istifadəçilərin ehtiyaclarının başa düşülməsi və müvafiq məhsul və ya xidmətlərin alınması uğurlu nəticələrə gətirib çıxarır.
- Tələb Proqnozlaşdırılması və Planlaşdırma: Son istifadəçilər tez-tez satınalma komandasına tələb proqnozlarını verirlər. Bu, doğru vaxtda, lazımi miqdarda mal və xidmətlərin alınmasına kömək edir.
- Büdcə və Xərclər: Satınalma, son istifadəçilərin tələblərini nəzərə alaraq, maliyyə vəsaitlərini səmərəli şəkildə xərcləməyi təmin edir. Xərclərin optimallaşdırılması həm satınalma, həm də son istifadəçilər üçün faydalıdır.
- Məhsul və Təchizat Keyfiyyəti: Son istifadəçilər üçün alınan məhsul və xidmətlərin keyfiyyəti vacibdir. Satınalma komandasının düzgün təchizatçı seçməsi və keyfiyyət tələblərinə cavab verməsi burada əsasdır.
Müasir dövrdə kommunikasiyaların idarə edilməsi bacarığı xüsusi önəm kəsb edir. Bu baxımdan satınalmaçı “PO gəlsin, icra edim” yanaşmasından uzaqlaşıb, düzgün kommunikasiya bacarığına da sahib olmalıdır.