Hər hansı layihə başlamamışdan öncə hər zaman ən yaxşı praktikalara baxırıq, ordan götürə biləcəyimiz və layihəmizə uyğun gördüyümüz hissələri tətbiq edirik. Bu dəfəki nümunəmiz tarixə “Pəhləvi modernizasiya həmləsi” kimi daxil olmuş Rza Kan/Şah Pəhləvinin 1921-1941 -ci illər arasında İranı müasir bir məmləkət halına gətirmək vizyonundan bəhs edəcəyik. Yüz il öncə belə bir vizyonun olması, zəngin bir mədəniyyəti olan İran üçün göydən düşmə idi.
Rza Şah hələ 1925-ci ildə Qacarlar sülaləsini devirib, Pəhləvi sülaləsini hakimiyyətə gətirməmişdən öncə baş nazir idi. Baş nazir olduğu zamanlarda və daha sonralarda bir çox Avropa ölkələrində olmuş, orda baş verən yeniliklərə heyran qalmışdı. Təbii ki, hələ 1789-cu ilə Fransada inqilab baş verəndə həmin illərdə İranda (PS: coğrafi ad olaraq) hakimiyyət üstündə müharibələr gedirdi. Fransadan sonra digər Avropa ölkələrində inkişaf sürətləndiyi halda Yaxın Şərq coğrafiyasında hökmdarlar hakimiyyətlərini qorumaq üçün yeniliklərə açıq deyildilər. Nəticədə iki yüz il keçdikdən sonra Avropadakı inqilablar qanlı da olsa, inkişafa çevrildisə də, Yaxın Şərqdəki teokratik monarxlar öz hakimiyyətlərini möhkəmləndirmək üçün inkişafın önünü kəsdilər.
Əslində Pəhləvilərin də yekun məqsədi hakimiyyətlərini möhkəmlətmək idi. Əksi olsa idi, neftin milliləşdirilməsi addımını atan və İranın əllinci illərdə baş naziri olmuş şəxsin adını unutdurmazdı. Lakin burdakı mövzumuz Rza Şah Pəhləvinin İranı modernləşdirmə vizyonudur.
Şah həzrətləri Avropanı gəzdikcə ordakı inkişafı, sənayeni, hərb sahəsindəki müasirliyi, şəhərləri, yolları gördükcə İranda da bu inkişafı görmək arzusu ilə yeni bir proqram həyata keçirir. Bu bəlkə də həmin dövrə qədər İranın görmədiyi bir proqram idi. Bir də unutmayaq ki, həmin dövrdə dünyanın ən böyük dövləti SSRİ ilə qonşu idi və orada da “5 illik proqram” başlanmışdı. İdeoloji cəhətdən bir-biri ilə üst-üstə düşməyən iki dövlət həm də ona görə rəqib idi ki, azərbaycanlıların böyük bir hissəsi cənubda, bir hissəsi isə şimalda qalmışdı. Birinin inkişafı digərinin düşüncəsində oranı daha cazibədar edir ki, bu da stabilliyin pozulması, yeni üsyan ocaqları və hökmdarın taxtına təhlükə demək idi.
Şah ölkəyə qayıtdıqdan sonra layihəni həyata keçirmək üçün büdcədən milyonlarla dollar dəyərində texnika, avadanlıq və digər məhsullar sifariş edir. Əsas məqsəd sənayenin, nəqliyyatın və xüsussilə infrastrukturun inkişafı ilə bağlı idi. Şahın fikrində İranı Şərqin Parisi etmək idi. Ancaq malların ilkin partiyaları gəldikcə bəzi problemlər üzə çıxmağa başladı. Belə ki, Şah Abbasın zamanında tikilmiş “Bəndər Abbas” limanı həmin malların boşaldılması üçün uyğun deyildi. Limanda uyğun işlər aparılması müəyyən bir zaman aldı. Ancaq bununla da problem həllini tapmadı. Mallar limana boşaldıqdan sonra malların İranın içlərinə doğru daşınması ilə bağlı yol problemləri yarandı. Problemlərin yaranması layihənin icrasına ciddi təsir etməyə başladı. Həm xərclərin qat-qat arması, vaxtın uzanması bu layihəni bəlkə də həmin dövrün “‘ən pis təcrübə” nümunələrindən sayıla bilər.

Yekun olaraq bu layihənin bir çox müsbət və mənfi tərəfləri var. Ancaq onu demək olar ki, İslam inqilabına aparan əsas mihəng daşlarından biri də bu layihənin xalq kütlələri arasında narazılıqla qarşılanması idi.