Texniki tapşırıq (TT) mal – materialın, işin, xidmətin bütün xüsusiyyətlərini özündə əks etdirən və sifarişçi tərəfindən hazırlanan sənəddir. Bir sifarişin mükəmməl yerinə yetirilməsi onun TT-sindən asılıdır Continue reading “Texniki tapşırıq nə üçün lazımdır?”
Texnologiyanın inkişafı bütün sahələrdə olduğu kimi satınalmanın da mövcud prosesinə ciddi təsir göstərir. Bu faktı bizə PwC-nin 2019-cu ildə yayınladığı “Digital Satınalma Anketi” deyir. Anketə görə böyüklüyü, fəaliyyət sektoru və digital yetkinlik səviyyəsi nə olursa olsun proseslərin digitallaşdırılması satınalmanın ikinci prioritet sahəsidir.
Manheim Universitetinin 2019-cu ildə apardığı sorğuya əsasən, satınalmada rəhbər vəzifədə çalışan şəxslərin 83.9 faizi digitallaşmanı çox önəmli görürlər. Belə ki, onların fikrincə digitallaşma ilə proseslərin avtomatlaşdırılması, məlumatların keyfiyyətinin yaxşılaşdırılması, vəsaitə qənaət edilməsi, idarə oluna bilməyən xərclərin qarşısının alınması, risklərin azaldılması kimi problemlərin həlli mümkündür
Bu hədəflərə çatmaq üçün satınalma və təchizat bölmələri istifadə etdikləri digital transformasiya alətlərini və istifadə şəklini belə sıralaya bilərik:
- Süni zəka ( Artificial Intelligence – AI) : Satınalma və tədarük zəncirinin idarə olunmasında, xüsusilə qərar dəstək sistemi olaraq qarşımıza çıxır. Digitallaşma ilə keyfiyyəti, güncəlliyi və əhatə dairəsi artan məlumatların analiz edilməsi ilə gələcəyə dönük təxminlər və strateji təkliflər süni zəkanın ən güclü tərəfidir. Şirkətdaxili məlumatları bulutdan (cloud) aldığı məlumatlar ilə şərh edən süni zəkalar satınalma və tədarük bölmələrinin rəhbərlərinə daha doğru yol xəritəsi çıxarmalarına köməklik göstərirlər. Yüksək texnoloji və proqram təminatı sektorunda ən çox istifadə olunan süni zəka tətbiqləri, yeni dövr ERP və/ vəya digər tətbiqlər ilə qərarlarımız daha da yönləndiriləcək
- Proqnozlaşdırıcı analitik (Predictive Analytics) : Keçmişdə və bu gündə baş verənlər barədə mövcud məlumatların xaricində, bir sonrakı dövrdə nələr olacağının təxmin edilməsinə qarşı daha çox proqram təminatı sahəsində istifadə olunan proqnozlaşdırıcı analitik, satınalma bölmələri tərəfindən də istifadə olunur, belə ki, növbəti dövr üçün qiymət təxminlərinin və risk ssenarilərinin yaradılmasında xüsusi əhəmiyyət kəsb edir.
Ardı var..
Bu gün dövlət qurumlarından Maliyyə Nazirliyi (MN) də #10yearchallenge -ə qoşuldu və özünəməxsus şəkildə büdcənin 10 il öncəki gəlirləri ilə bu ilin proqnozlaşdırılan rəqəmlərinin müqayisəsini apardı. Sadə vətəndaşlar üçün bu rəqəmlər həm çox cəzbedicidir, həm də maraqlıdır. Büdcənin gəlirlərinin 10 325.9 mln manatdan on il ərzində 23 168.0 mln manata qədər artması həqiqətən də böyük uğurdur.
Ancaq iki dəfədən çox böyüyən büdcədə manatın satın alma gücü necə dəyişib?!
Aşağıdakı şəkildə manat və dollar ifadəsində rəqəmlərin 10 il ərzində necə dəyişildiyi göstərilmişdir:
“..O zaman biz İstanbulda idik. Vəsəti Avropa dövlətlərinin iştirakı ilə toplanacaq konfransa iştirak üçün digər Qafqasiya Cümhuriyyətləri ilə bərabər Azərbaycan Cümhuriyyətini təmsil edən heyəti-müəxəssə rəyasətində bulunuyorduq. O dövrün hərbiyyə naziri və baş komandan vəkili bulunan Ənvər paşa həzrətləri telefon ediyorlardı:
– Əmin bəy, Bakı alındı!
Bu qısa xəbərin məndə tövlid etdiyi təsiri qabil deyil təsvir edəm. O təsiri hala unutamıyorum.
Bundan bir kaç gün əvvəl Almaniya hökümətinin bir qərarını protesto etmişdik. Almaniya dövləti bolşevik höküməti ilə Brest-Litovsk müahidəsinə zeyl olaraq yapdığı bir müahidə mucibincə Bakı vilayətinin ta Kür nəhrinə qədər ruslara tərkinə riza göstərmiş, müqabilində kəndisinə petrol imtiyazını təmin eyləmişdi. Ustadımız Əhməd bəyin təbiri vəchilə, bizi bir təngə qaza satmışdı. Bu münasibətlə bizə müraciət edən qəzetəçilərə:
“Bakısız Azərbaycan – başsız bədəndir!”
– demişdik. Qafası məşhur gilyotin məngənəsində bulunan bir adamın xilası nasıl bir həyati-novin isə, Bakının istirdadı dəxi o nisbətdə ecazkar bir vaqiə idi. Həm həqiqətən də öylə idi. Sonra mənhus bir ixtilal nəticəsində məzarları münsi qalan Anadolu Məhmədcikləri Bakıdakı şəhadətləri ilə türklüyə yeni bir siyasi vücud əta ediyorlardı. Maddətən münsi, fəqət, mənən bütün qəlblərdə mədfun bulunan bu qəhrəman şəhidlər yalnız Bakıdamıdırlar? Naxçıvandan, Qarabağdan, Şamaxıdan, Gəncədən ta Bakıya qədər bir yer varmı ki, orada böylə bir fədakar yatmasın?!…
Əvət, Azərbaycanın hər cəhətində şairin təsvir etdiyi “sarmaşıqlı bir məzar” bulursunuz ki, “qızlar, gəlinlər” tərəfindən ziyarətgah halına qonulan bu məzar, qardaş imdadına qoşan TÜRK məzarıdır.”
“Azərbaycan Cümhuriyyəti”, Məhəmməd Əmin Rəsulzadə s.,27
Bazarda bir məhsul almaq istədiyinizdə kağızdan istifadə etmək istəsəniz ala bilməyəcəksiniz, yalnız o kağız dövlət tərəfindən buraxılmış banknot olsa, vəziyyət dəyişəcək. Bəs 100 manatlıq bir banknotu kağızdan fərqləndirən cəhət nədir?
– Banknotlar dövlət tərəfindən çap edilir və bütün ölkə ərazisində rəsmi pul vahidi olaraq qəbul olunur.
Pulu dəyərli edən səbəb isə, onların sayıdır. Nə qədər pul çap ediləcəyinə, dövriyyədə nə qədər pul olacağına dövlət qərar verir.
Bəs dövlətin hansı orqanı buna qərar verir?
- Qanunverici?
- İcraedici?
- Məhkəmə?
Qeyd olunanların heç biri: Pul siyasətini dövlətin müstəqil orqanı – Mərkəzi Bank (AMB) qərar verir.
Azərbaycan Respublikasının Konstitusiyası və qanunları müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən Mərkəzi Bank müstəqildir və u zaman hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər onun fəaliyyətinə hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhdudiyyət qoya bilməz, qanuna zidd təsir və müdaxilə edə bilməz.
Maddə 6 / AMB haqqında qanun
Bəs AMB hansı səbəbə görə daha çox pul çap etmir?
Çünki elə olsa, banknotların heç bir dəyəri olmazdı. Pulun məqsədi mal və xidmətlərin qarşılığı olaraq istifadə olunur. Əgər iqtisadiyyatda dövriyyədəki ümumi pul kütləsi mal və xidmətlərin ümumi dəyərindən çox olarsa, inflyasiya yaranar. Əgər əksi olarsa – pul kütləsinin həcmi sabit qaldığı təqdirdə, mal və xidmətlərin ümumi dəyəri artarsa, o zaman da deflyasiya yaranar.
Bəs iqtisadiyyat üçün hansı yaxşı deyil?
Sürətli inflyasiya olarsa, bugün əlinizdə olan pulun sabah dəyərdən düşəcəyi mənasına gəlir ki, bu da arzuolunan deyil. O zaman pulu nə evdə, nə də ki, bankda saxlamaq yerinə xərcləməyə üstünlük veriləcək. Bu da öz növbəsində aşırı istehlaka səbəb olur. Tələb çox artdığı üçün bəzi məhsulların qiyməti qalxacaq. (Hazırda Venesuela nümunəsi)
Deflyasiya şəraitində insanlar dəyərli pullarını saxlamağa çalışırlar ki, bu da fabriklərin mənfəətini aşağı salır. Mənfəətləri aşağı düşən fabriklər işçilərini ixtisar edirlər. Son nəticə olaraq, işsizlik artır, iqtisadiyyat kiçilir.
Tək rəqəmli inflyasiya iqtisadiyyat üçün lazımdır. AMB nə qədər manatın dövriyyədə olmasına bir çox məlumatı analiz edərək qərar verir:
- əvvəlki ilin inflyasiya səviyyəsi
- beynəlxalq trendlər
- işsizlik səviyyəsi
- idxalat məlumatları
- ixracat məlumatları
- böyümə məlumatları
Davamlı böyüməni və insanların iş tapmasını təmin etmək üçün AMB-nin doğru qərarlar verməsi lazımdır.
Həmişə qəzetlərdə, xəbələrdə eşitdiyimiz bir kəlimə var – inflyasiya. Pul ilə bağlıdır, ancaq nədir bu inflyasiya?
İnflyasiya: Bazardakı malların və xidmətlərin qiymətlərinin artmasıdır.
Məsələn, keçən il 1 manata aldığınız dondurmanın qiyməti bu il 1.40 manat olmuşdur. Bir çox insan burda dondurmanın qiymətinin qalxdığını fikirləşəcək. Burdakı əsl səbəb isə Şikar dayının pulunun – manatın alım gücünün zəifləməsidir. 2017-ci ildə Şikar dayı nəvələri üçün 5 ədəd 20 qəpik verərək dondurma alırdısa, bu il 7 ədəd 20 qəpik verərək dondurma alacaq. Yəni artıq Şikar dayının 20 qəpikləri keçən ilki qədər dəyərli deyil. Başqa deyişlə pulun alım gücünün düşməsinə inflyasiya deyilir.
Bəs necə olur ki, dondurma eynidir, ancaq qiymətlər keçən ilə görə dəyişib?! Bazarda qiymətlər əsasən iki səbəbə görə dəyişir: 1) maya dəyəri artdığı üçün 2) məhsula olan tələb artdığı üçün.
Maya dəyəri artdığı təqdirdə qiymətin artması məntiqlidir. Məsələn, südün qiymətinin qalxması dondurmanın da qiymətinə təsir edəcək. Qiymətlərin artmasının digər səbəbi isə tələbin artmasıdır. Məsələn, Bankə qəsəbəsinin 7000 nəfər əhalisi var. Onların çörək alacağı yalnız 1 mağaza var. 7000 nəfərin əhalinin yalnız 3000 nəfərinin çörək almaq üçün pulu var, 4000 nəfər isə işləmir və çörək almağa pulu yoxdur. Mağaza sahibi çörəyi 1 manatdan sataraq 3000 manat qazanır. Bu vəziyyət çörək ala bilməyənlər üçün yaxşı olmasa da, mağaza sahibi üçün əladır, çünki istehsal etdiyi bütün çörəkləri satır. Bir həftə sonra 1000 nəfər iş tapır və mağazadan çörək almağa başlayır. Tələbin artdığını görən mağaza sahibi artıq 3000 nəfərlik deyil, 4000 nəfərlik çörək istehsal etməlidir. Fərz edək ki, yerdə qalan 3000 nəfərdə çörək ala biləcək və mağaza sahibi toplam 7000 nəfəri çörəklə təmin etməlidir. Mağaza sahibi düşünür ki, 7000 nəfəri çörəklə təmin etsə, 7000 x 1= 7000 manat qazanacaq. Ancaq mağazanın çörək sexinin istehsal gücü 4000 nəfərlikdir. 7000 nəfəri çörəklə təmin etmək üçün əlavə işçi qüvvəsinə və sexi böyütməsinə ehtiyac yaranır ki, bu da əlavə xərc deməkdir. Mağaza sahibi bu zəhmətə girməmək üçün qiyməti artırır. O düşünür ki, qiyməti artırsa da, çörək alan olacaq. Nəticədə, mağaza sahibi çörəyin qiymətini 40 qəpik artırır və alıcıların sayı 7000 nəfər yox 5000 nəfər olmasına baxmayaraq, gəliri yenə də 7000 manat olur (5000 x 1.40 = 7000 manat). Çörək eyni olmasına baxmayaraq, tələbin artması onun qiymətinə təsir etdi. İqtisadiyyatda buna tələb qaynaqlı inflyasiya deyilir.
Ticarət müharibəsi öz ölkəsinin iqtisadiyyatını qorumaq məqsədi ilə başqa ölkədən aldığı məhsula qoyulan verginin artırılmasıdır. Ticarət müharibələrində gömrük vergisi və kvotalardan istifadə olunur.
İstehsal ilə məşğul olan şirkətlər maya dəyərini aşağı salmaq məqsədi ilə daha ucuz xammal axtarışında olurlar.
ABŞ-da polad və alüminium xammalının olmasına baxmayaraq, heç vaxt Kanada və Meksikadakından ucuz olmamışdır. İdxal olunan xammalın ucuz olduğuna görə şirkətlər xarici bazara yönəlmişdilər. Bunun da ABŞ iqtisadiyyatına bir sıra mənfi təsiri olmuşdur:
1- ABŞ-ın bu ölkələrlə mənfi saldosunun olması: ABŞ Kanada və Meksika ilə ümumi 1.1 trilyon dollar ticarət dövriyyəsi vardır, ancaq 90 mlrd. dollarlıq mənfi saldo yaranır. Yəni ölkəyə daxil olan puldan daha çoxu xaricə çıxır.
2- ABŞ-ın polad və alüminium sənayesinin davamlı olaraq daralması və işçilərin ixtisarının baş verməsi.
ABŞ-ın polad və alüminium sənayesinin zəifləməsi müdafiə sənayesinin xaricdən asılı vəziyyətə düşməsinə gətirib çıxarır. Bir hərbi təyyarənin 95%-nin, tankın isə 98%-nin polad və alüminiumdan hazırlanmasını nəzərə alsaq, mövzunun necə əhəmiyyətli olduğunu anlamış olarıq.
ABŞ-ın ticarət müharibəsi etdiyi digər ölkə isə Çindir. Son illərdə Çin ucuz işci qüvvəsindən istifadə edərək və ABŞ-a məxsus patentləri “oğurlayaraq” texnoloji məhsulları daha ucuz qiymətə bazara çıxarmağa başladı. Nəticədə qiymətin daha ucuz olması ABŞ-dakı şirkətlərin yüksək texnoloji məhsulları Çindən idxal etməyə başlamasına gətirib çıxardı. Məsələn, bir il ərzində Çin ABŞ-a 2 dollarlıq məhsul ixrac edirsə, bunun qarşılığında ABŞ Çin-ə 1 dollarlıq məhsul ixrac edə bilir. Yəni qeyd etdiyimiz kimi ölkəyə daxil olan puldan daha çoxu ölkədən çıxır.
Ticarət müharibəsinin məqsədi xarici ölkədən edilən idxalatı azaltmaqdır. Buna görə də ABŞ Çin, Kanada və Meksidan alınan bir sıra məhsullara tətbiq edilən vergini 15%-dən 25%-ə qaldırmışdır. Nəticədə bu ölkələrdən idxal olunan məhsulların qiyməti daha baha olacaqdır. Daha baha olduğuna görə ABŞ-dakı şirkətlər artıq yerli bazardan xammal almağa məcbur olacaqlar. Bu qərarın gətirdiyi dəyişiklərdən biri də yeni iş yerlərinin açılması olacaqdır. Kvotanın tətbiq edildiyi ölkələrə gəldikdə isə onlar başqa alıcı axtarışında olacaqlar, bir müddət istehsal durğunluq vəziyyətində olacaqdır. Ümumi olaraq bu ölkələr üçün mənfi təsirləri belə sıralaya bilərik:
1- Ölkələrin ticarət gəlirləri düşəcək
2- Şirkətlər kiçiləcək vəya bağlanacaq
3- İşsizlik artacaq
4- İqtisadiyyat daralacaq
Boston Consaltinq Qrupun 2018-ci il üçün açıqladığı Davamlı İqtisadi İnkişaf Qiymətləndirmə (SEDA) reytinqi dünya ölkələrinin SEDA indeksi, əhalisi, o cümlədən adambaşına düşən milli gəlirin müqayisəsi üçün əhəmiyyətli mənbədir.
SEDA reytinqi necə formalaşır?
Ətraf mühit, idarəetmə, vətəndaş cəmiyyəti, bərabərlik, infrastruktur, gəlir, iqtisadi sabitlik, məşğulluq, sağlamlıq, təhsil kimi göstəricilərin ortalaması SEDA reytinqini formalaşdırır.
Cənubi Qafqaz ölkələrini qrafiklərlə müqayisə edək:
Əlavə olaraq təhsil və sağlamlıq üzrə Azərbaycan uyğun olaraq 47.4 və 72.8 bal almışdır. Ermənistan uyğun olaraq 49.7 – 75.3, Gürcüstan isə 64.3 – 74.3 bal almışdır. Digər göstəricilərlə yuxarıdakı linkdən tanış olmaq olar.
Soğuk Savaş sonrası küreselleşen dünyada, ülkeler arasındaki ilişki, ticaret hacimleri ve navlun ciroları her geçen gün büyümeye devam etmiştir. Küreselleşme, kapitalist ülkeler için daha büyük fırsatlar yaratmıştır. Piyasa ekonomisindeki ülkeler ticaret potansiyellerini yeniden keşfederek ekonomilerini daha sürdürülebilir hale getirmeyi başarmışlardır. Ancak, kapalı ekonomiler küreselleşmenin faydalarından yararlanamamıştır ve çöküşün en büyük sebebi de bu olmuştur. Sosyalizm ve kapitalizm arasındaki “savaş” ikincinin üstünlüğü ile tamamlandıktan sonra sosyalizmin merkezi olan ülkeler de yavaş – yavaş piyasa ekonomisine yöneldiler. 70 yıllık totalitar Sovyet rejiminin çöküşünden sonra yeniden bağımsız olan on beş cumhuriyyet gibi Azerbaycan da piyasa ekonomisine geçiş yapmaya başladı. Azerbaycanın piyasa ekonomisine geçiş süreci 1991`den 2009 yılına kadar sürdü. Ekonominin piyasa ekonomisine geçişiyle birlikte Azerbaycan`ın dünya pazarına entegrasyonu da önemliydi. Fakat yeni Sovyetler Birliğinden çıkmış, Sosyalist sisteme dayalı ekonomisi çökmüş, bir yandan Rusya tarafından yeniden işgal tehlikesi ile karşı – karşıya, diğer yandan Ermenistan`ın Dağlı Karabağ ve çevresindeki bölgelerde bölücülük faaliyetleri ve siyasi istikrarın olmaması ülkenin durumunu daha da zorlaştırıyordu. 26 yıl sürmüş ve halen devam eden entegrasyon süreci, “Yüzyılın anlaşması” PSA, Bakü- Tiflis- Ceyhan petrol boru hattı, Bakü- Tiflis- Erzurum doğal gaz boru hattı, Bakü- Tiflis- Kars demiryolu, TANAP, TAP projelerinin bölge, dünya çapında önemi ve dolayısıyla ekonominin bu yıllar boyunca nasıl şekillendirildiği analiz edilmiş, sorunlar ve çözüm yolları gösterilmiştir.
International Congress on Social Sciences II (INCSOS 2018 Quds)