“..O zaman biz İstanbulda idik. Vəsəti Avropa dövlətlərinin iştirakı ilə toplanacaq konfransa iştirak üçün digər Qafqasiya Cümhuriyyətləri ilə bərabər Azərbaycan Cümhuriyyətini təmsil edən heyəti-müəxəssə rəyasətində bulunuyorduq. O dövrün hərbiyyə naziri və baş komandan vəkili bulunan Ənvər paşa həzrətləri telefon ediyorlardı:
– Əmin bəy, Bakı alındı!
Bu qısa xəbərin məndə tövlid etdiyi təsiri qabil deyil təsvir edəm. O təsiri hala unutamıyorum.
Bundan bir kaç gün əvvəl Almaniya hökümətinin bir qərarını protesto etmişdik. Almaniya dövləti bolşevik höküməti ilə Brest-Litovsk müahidəsinə zeyl olaraq yapdığı bir müahidə mucibincə Bakı vilayətinin ta Kür nəhrinə qədər ruslara tərkinə riza göstərmiş, müqabilində kəndisinə petrol imtiyazını təmin eyləmişdi. Ustadımız Əhməd bəyin təbiri vəchilə, bizi bir təngə qaza satmışdı. Bu münasibətlə bizə müraciət edən qəzetəçilərə:
“Bakısız Azərbaycan – başsız bədəndir!”
– demişdik. Qafası məşhur gilyotin məngənəsində bulunan bir adamın xilası nasıl bir həyati-novin isə, Bakının istirdadı dəxi o nisbətdə ecazkar bir vaqiə idi. Həm həqiqətən də öylə idi. Sonra mənhus bir ixtilal nəticəsində məzarları münsi qalan Anadolu Məhmədcikləri Bakıdakı şəhadətləri ilə türklüyə yeni bir siyasi vücud əta ediyorlardı. Maddətən münsi, fəqət, mənən bütün qəlblərdə mədfun bulunan bu qəhrəman şəhidlər yalnız Bakıdamıdırlar? Naxçıvandan, Qarabağdan, Şamaxıdan, Gəncədən ta Bakıya qədər bir yer varmı ki, orada böylə bir fədakar yatmasın?!…
Əvət, Azərbaycanın hər cəhətində şairin təsvir etdiyi “sarmaşıqlı bir məzar” bulursunuz ki, “qızlar, gəlinlər” tərəfindən ziyarətgah halına qonulan bu məzar, qardaş imdadına qoşan TÜRK məzarıdır.”
“Azərbaycan Cümhuriyyəti”, Məhəmməd Əmin Rəsulzadə s.,27