Kitab tarixi iqtisadi baxımdan çox dəyərlidir. O cümlədən 400 illik şirkətin Cənubi Asiyada necə bir siyasət güddüyünü ətraflı formada ələ alır.
Robins, müasir şirkətlərin də oxşar şəkildə hesabat vermə qabiliyyətini təmin etmək üçün zəruri tənzimləmələrə ehtiyac duyduğunu müdafiə edir. Kitab, həmçinin Adam Smith, Karl Marx və digər şəxslərin bu cür ticarət fəaliyyətlərini necə şərh etdiklərini və şirkətlərin məsuliyyətləri barədə necə fikirlər ortaya qoyduqlarını da müzakirə edir. Ümumilikdə, “Dünyanı Dəyişdirən Şirkət” keçmişdən bu günə qədər böyük şirkətlərin cəmiyyət üzərindəki təsirlərini anlamaq istəyən oxucular üçün dərin bir baxış təqdim edir.
Nick Robins’in “Dünyanı Dəyişdirən Şirkət” kitabında East India Company’nin müasir kapitalizmin inkişafındakı rolu, Bengal’in müstəmləkələşdirilməsi, Hind tekstil sənayesinin çökdürülməsi və afyon ticarəti vasitəsilə Çində asılılıq yaratma kimi mövzular mükəmməl formada incələnir. Başlıqların detalları: Continue reading ““Dünyanı dəyişdirən şirkət” Nick Robins”