Qiymət dəyişkənliyi və balansı izah edən bir analizdir və dinamik analizə giriş də sayıla bilər. İstehsal üçün müəyyən olunmuş vaxtın keçməsi lazım olan məhsullarda, satıcıların tələb və təkliflə bağlı qərarları ancaq bu vaxtın sonunda təsirini göstərir. Məsələn, kənd təsərrüfatı mallarının çoxunda vəziyyət belədir. Tam rəqabət şəraitində təklif, digər şərtlər sabit qaldığı təqdirdə, satıcıların qiymətlər qaşısındakı davranışlarını aydın göstərir. İstehsal qərarı ilə istehsalın həyata keçirilməsi arasında bir vaxtın keçməsi lazımdırsa, bu vaxtın əvvəlindəki qiymətlərə baxılaraq verilən qərar, təklif funksiyasını gecikməli funksiya vəziyyətinə gətirər. Daha açıq şəkildə desək, “istehsal vaxtına aid təklif, keçən dönəmin qiymətlərinin funksiyasıdır.” Tələb üçün isə belə bir vəziyyət mövcud deyil. Məsələn, hər hansı bir A aqro məhsulunun bazardakı tarazlıq qiyməti gəlir artımının təsiri ilə tələb əyrisi sağa tərəf hərəkət etmiş olsun. Bu vəziyyətdə tarazlıq qiyməti və alım-satım miqdarı yüksələcəkdir. Təklif funksiyası gecikməsiz olsaydı, tələbdəki artışa təklif də dərhal cavab vermiş olacaqdı. Halbuki təklifin gecikməli olmağı tarazlıq nöqtəsinə gedərkən qiymətin bu tarazlıq nöqtəsi ətrafında dalğalanmasına yol açacaqdır.
Almancası : Spinnwebtheorem.
Fransızcası : modéle en forme de toile d’araignée, Cobweb theorem.
İngiliscəsi : Cob-web theorem.