Əvvəlki yazıda qeyd etmişdik ki, Mərkəzi Bankın əsas funksiyalarından biri də makroiqtisadi sabitliyi qorumaq, bazardakı pul kütləsinə nəzarət etməkdir.
Mərkəzi Banklar haqqında daha ətraflı Thomas Piketty “Kapital” əsərində yazır:
“ Qızıl standartının[1] mövcud olduğu vaxtda Mərkəzi Banklar bu günə nisbətən çox önəmsiz rola sahibdilər. Ancaq ta ki, pul dəyərli metallara çevrilə bilmədiyi vaxta qədər.
Mərkəzi Bankların əsas hədəfi bazarda sabit qiymət siyasətini aparmaqdır. Böhran zamanı maliyyə quruluşlarının toplu şəkildə iflas etməsinin qarşısını almaq üçün lazım olan likvidliyi təmin etməkdir.”[2]
Yenə həmin kitabda:
“ Monetar iqtisadçıların lideri olan Friedman “ABŞ-ın pul tarixi” (Monetary History of the United States) əsərində ABŞ-ın 1857 – 1960 illərindəki pul siyasətini analiz etmişdir. Kitabın kilit nöqtəsi 1929-cu il “Böyük Böhran”-dan sonrakı qaranlıq illərdir.. Kapitalist iqtisadiyyatlarda böyümənin daimi olması üçün pul siyasətinin də pul təklifindəki sabit artıma qaranti verəcək şəkildə həyata keçirilməsidir.. Kapitalizmi qurtarmaq üçün Rifah dövlətinə ya da hər şeyə nüfuz edən bir dövlətə ehtiyac yoxdur. Lazım olan tək şey, doğru –düzgün işləyən bir Mərkəzi Bankdır.”[3]
Mərkəzi Bankların “Böyük Böhran”dan sonrakı 90 il ərzində necə əhəmiyyət kəsb etdiyini gördük. Qeyd etdiyimiz kimi, kriptovalyutaları nə hansısa dövlət, nə də ki, hansısa mərkəzi bank emal etmir. Mövcud iqtisadi nəzəriyyələrə tərs düşən tərəf də budur.
[1] https://tr.wikipedia.org/wiki/Alt%C4%B1n_standard%C4%B1
[2] THOMAS PIKETTİ, KAPİTAL (çeviren: Hande Koçak) səh,598
[3] THOMAS PIKETTİ, KAPİTAL (çeviren: Hande Koçak) səh,599