Bazarda bir məhsul almaq istədiyinizdə kağızdan istifadə etmək istəsəniz ala bilməyəcəksiniz, yalnız o kağız dövlət tərəfindən buraxılmış banknot olsa, vəziyyət dəyişəcək. Bəs 100 manatlıq bir banknotu kağızdan fərqləndirən cəhət nədir?
– Banknotlar dövlət tərəfindən çap edilir və bütün ölkə ərazisində rəsmi pul vahidi olaraq qəbul olunur.
Pulu dəyərli edən səbəb isə, onların sayıdır. Nə qədər pul çap ediləcəyinə, dövriyyədə nə qədər pul olacağına dövlət qərar verir.
Bəs dövlətin hansı orqanı buna qərar verir?
- Qanunverici?
- İcraedici?
- Məhkəmə?
Qeyd olunanların heç biri: Pul siyasətini dövlətin müstəqil orqanı – Mərkəzi Bank (AMB) qərar verir.
Azərbaycan Respublikasının Konstitusiyası və qanunları müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən Mərkəzi Bank müstəqildir və u zaman hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər onun fəaliyyətinə hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhdudiyyət qoya bilməz, qanuna zidd təsir və müdaxilə edə bilməz.
Maddə 6 / AMB haqqında qanun
Bəs AMB hansı səbəbə görə daha çox pul çap etmir?
Çünki elə olsa, banknotların heç bir dəyəri olmazdı. Pulun məqsədi mal və xidmətlərin qarşılığı olaraq istifadə olunur. Əgər iqtisadiyyatda dövriyyədəki ümumi pul kütləsi mal və xidmətlərin ümumi dəyərindən çox olarsa, inflyasiya yaranar. Əgər əksi olarsa – pul kütləsinin həcmi sabit qaldığı təqdirdə, mal və xidmətlərin ümumi dəyəri artarsa, o zaman da deflyasiya yaranar.
Bəs iqtisadiyyat üçün hansı yaxşı deyil?
Sürətli inflyasiya olarsa, bugün əlinizdə olan pulun sabah dəyərdən düşəcəyi mənasına gəlir ki, bu da arzuolunan deyil. O zaman pulu nə evdə, nə də ki, bankda saxlamaq yerinə xərcləməyə üstünlük veriləcək. Bu da öz növbəsində aşırı istehlaka səbəb olur. Tələb çox artdığı üçün bəzi məhsulların qiyməti qalxacaq. (Hazırda Venesuela nümunəsi)
Deflyasiya şəraitində insanlar dəyərli pullarını saxlamağa çalışırlar ki, bu da fabriklərin mənfəətini aşağı salır. Mənfəətləri aşağı düşən fabriklər işçilərini ixtisar edirlər. Son nəticə olaraq, işsizlik artır, iqtisadiyyat kiçilir.
Tək rəqəmli inflyasiya iqtisadiyyat üçün lazımdır. AMB nə qədər manatın dövriyyədə olmasına bir çox məlumatı analiz edərək qərar verir:
- əvvəlki ilin inflyasiya səviyyəsi
- beynəlxalq trendlər
- işsizlik səviyyəsi
- idxalat məlumatları
- ixracat məlumatları
- böyümə məlumatları
Davamlı böyüməni və insanların iş tapmasını təmin etmək üçün AMB-nin doğru qərarlar verməsi lazımdır.