Hər il qlobal istiləşmə ilə bağlı konfranslar, sərgilər olur. Siyasi partiyalar yaşıl enerjiyə keçilməsi ilə bağlı propoqanda aparırlar, ciddi büdcə ayırırlar, transmilli neft şirkətləri yaşıl enerjiyə yatırım edirlər, çünki hər kəs eyni gəmidə olduğunun fərqindədir.
Bp -nin 2030, SOCAR -ın 2035 hədəfləri, ARAMCO , CNPC – kimi nəhəng neft-qaz şirkətlərinin yaşıl enerji hədəfləri var. Bu sahədəki siyahını artırmaq olar. Kömür sənayesindəki şirkətlər, o cümlədən birbaşa vəya dolaylı olaraq hava çirkliliyinə səbəb olan bütün sahələrdə belə şirkətlər mütləq vardır. Ancaq burda diqqətimizi çəkən ən önəmli məqamlardan biri də odur ki, “öncə əşyanın kimyasını pozub, sonra kimyəvi üsullarla əşyanı əvvəlki vəziyyətinə qaytarmaq istəyi” insanın xarakterinə o qədər hopub ki, çarəsiz şəkildə çabalayır.
1000 illər öncə Neolit inqilabını edən də, sonrakı sənaye inqilablarını edən də eyni insandır. Dəyişən nə olub, sayımız artdıqca dünyaya yükmü olmuşuq?! Continue reading “Qloballaşma: İqlim dəyişikliyi #1”