XXI əsrdə əmək bazarında, texnoloji inkişafda, sənayedə yeni trendlərin meydana çıxması və ilk dəfə olaraq bir “sənaye inqilabının” (sənaye 4.0) öncədən qeyd edilərək həyata keçirilməsi vəziyyətin mürəkkəbliyindən xəbər verir. Bəs, Azərbaycan bu inkişafın harasındadır? Bu suala ən sonda cavab verəcəyik.
Öncə ilk 3 sənaye inqilabını analiz edək:
I Dünyada Neolit inqilabı eradan əvvəl XI – X -cu minillikdə ibtidai insanların ilk dəfə oturaq həyata keçərək buğda və digər bitkiləri əkməyə, heyvanları əhilləşdirməyə başlaması ilə baş verdi. Yəni “insanın istehlakçı mövqeyindən həm də istehsalçı mövqeyinə keçməsi” çox böyük iqtisadi inqilab idi. Bir zamanlar Assuriya, Şumer, Bibliya sivilizasiyalarının yarandığı “Bərəkətli Hilal”da[i] baş verən kənd təsərrüfatındakı yeniliklərin təsiri Azərbaycanda bir qədər gec VII – VI minillikdə baş verdi. Bu yeniliyin Qafqaza bir qədər gec çatmasının səbəbi isə əlaqələrin zəif olması idi.
Map of the world showing approximate centers of origin of agriculture and its spread in prehistory: the Fertile Crescent (11,000 BP), the Yangtze and Yellow River basins (9,000 BP) and the New Guinea Highlands (9,000–6,000 BP), Central Mexico (5,000–4,000 BP), Northern South America (5,000–4,000 BP), sub-Saharan Africa (5,000–4,000 BP, exact location unknown), eastern North America (4,000–3,000 BP)[ii]
II Elektrik istehsalının təməl prinsipləri 1820 –ci illərin sonu 1830-cu illərin əvvəllərində Faradey tərəfindən kəşf olunmasına baxmayaraq, istehsal sahələrinə 1870-ci ildən başlayaraq tətbiq olunmağa başladı. Dinamo ilə hidravlik turbinin kommersiya məqsədli istehsalı və elektrik enerjisinin mexaniki istehsalı İkinci Sənaye inqilabını [iii] başlatdı. Azərbaycanda isə elektrik enerjisinin sənayeyə tətbiqi 1898-ci ildə olmuşdur. Məlumdur ki, son 2 – 3 əsr Azərbaycan sənayesinin əsas aparıcı gücü neft sənayesi olmuşdur. Elektrik də ilk dəfə neft sənayesinə tətbiq edilmişdir. “1902-ci ilin martında istismara buraxılan Belqorod elektrik stansiyasında «Zulcer» firmasının hər birinin 1000 l.s gücü olan dörd buxar maşım, «Lezner» firmasının 2000 l.s. gücü olan buxar maşını, AEQ firmasının 6000 v gərginlikli generatoru quraşdırıldı. Bibi-Heybət elektrik stansiyasında «Simens – Qalske» firmasının 500 l.s. gücündə olan iki buxar maşını qoyuldu. Belqorod və Bibi – Heybət elektrik stansiyaları o dövr üçün Rusiyada ən böyük stansiyalar idi. 1914-cü ildə Bibi – Heybət və Belqorod stansiyalan arasında əlaqə yaradıldı.Bu tarixi Azərbaycanda elektrik sisteminin yaranması tarixi hesab etmək olar. 1915-1917-ci illərdə Bibi – Heybət stansiyası Rusiyada ən böyük və Avropada ən faydalı stansiyaya çevrildi. 1915-ci ildə bu iki elektrik stansiyasının ümumi gücü 47000 kvt-a çatdırıldı.”[iv]
Avropa ilə Azərbaycanda elektrik enerjisinin sənayeyə tətbiq edilməsi arasındakı fərq təxminən 30-40 ildir.
Dünyada ən çox istinad edilən 10 iqtisadçıdan biri olan Daron Acemoğlu “Why Nations Fail” [v]kitabında Çar mütləqiyyətinin sənayeləşmədən geri qalması səbəbini belə izah edir:
“Sanayi Devrimi’nin yayılmasıyla aristokratlar yalnızca ekonomik bakımdan değil siyasal bakımdan da kaybedenler olma riskiyle yüz yüze geldiler; çünkü siyasal güçlerini de kaybetmeye başlamışlardı. Ekonomik ve siyasal güçlerinin tehlikeye girmesiyle bu elitler sıklıkla sanayileşmeye karşı zorlu bir muhalefet oluşturdular. Mutlakiyetçi monarşilerin ve aristokratların kaybedecek çok daha fazla şeye sahip olduğu AvusturyaMacaristan ve Rusya imparatorluklarında ise sanayileşme engellendi. Bunun sonucunda, Avusturya-Macaristan ve Rusya ekonomilerinin hızı kesildi. 19. yüzyılda büyük bir ekonomik büyüme gösteren diğer Avrupa ülkelerinin gerisinde kaldılar.”
Göründüyü kimi sənayedəki ləngimələrin əsas səbəbi Rusiya imperiyasının elit təbəqəsinin buna dirənməsi idi. Nəticə etibarilə bu dirəniş imperiyanın ucqarlarındakı müstəmləkələrə də təsir edirdi.
III 1970-ci ildən başlayaraq məhsulların avtomatlaşdırılması ilə Üçüncü sənaye inqilabı[vi][vii] baş verdi. Avtomatlaşdırma istehsalın daha çox insansızlaşdırması kimi qəbul olunur və insan xətalarını da optimallaşdırır. Beləliklə 1970-lərdən indiyə kimi davam edən yeni sənaye inqilabı başlamış oldu. Bu müddət ərzində bilgisayarlardan istifadə, smartfonların, internetin geniş yayılması istehsala böyük təsir etdi. Sənayenin qloballaşması da bu dövrdən başladı. Sənaye 3.0 [viii]insan əməyindən az istifadə edilməsi və istehsalın avtomatlaşdırılması olaraq qəbul edilir.
Azərbaycanda istehsalın avtomatlaşdırılması, iri fabrik, zavodların bu mərhələyə keçməsi müstəqillikdən sonra xarici şirkətlərin ölkəyə daxil olması ilə əlaqədar olmuşdur. Avtomatlaşdırma ilk vaxtlar daha çox neft sənayesi ilə bağlı idi. Ancaq zaman-zaman təkcə neft sənayesi ilə məhdudlaşmadı, metalurgiya, kimya və azda olsa, digər sənaye sahələrini də əhatə etdi. İri sənaye sahələri istisna olmaqla aqrar sənaye, yüngül sənaye, yeyinti sənaye sahələri hələ də keçid mərhələsindədirlər. Bu “sənaye inqilabının” ən böyük özəlliklərindən biri isə qeyd etdiyimiz kimi istehsalın insansızlaşdırılmasıdır. Onu da qeyd etmək lazımdır ki, bu sahələrin insansızlaşdırılıb, optimallaşdırmaq əmək bazarında böyük işsizlik ordusu yaranacaq ki, bu da iqtisadiyyatda böhrana səbəb olacaq. Ona görə də, hələ uzun müddət bu tendensiya davam edəcək və istehsalın avtomatlaşdırılması prosesi ləngdə olsa, davam edəcək.
Lütfi Zadənin [ix][x]qeyri-səlis məntiq nəzəriyyəsi 3-cü və 4-cü sənaye inqilablarına təsiri danılmaz dərəcədir. İstehsalın avtomatlaşdırılması, robotlarda süni zəkanın inkişaf etdirilməsi nəzəriyyənin praktikaya keçirilmiş halı desək, yanılmarıq.
Ümumi olaraq Azərbaycan sənayesi 2.0 ilə 3.0 arasında bir yerdə olduğu qəbul edilir.
IV İlk üç sənaye inqilabından fərqli olaraq dördüncüyə sonradan çatmaq çox çətin olacaq. Əvvəlkilərərin yenilikləri 40-50 il sonra bizə gəlib çatsa da, dördüncünün çatmasının finans dəyəri bizim üçün çox böyük olacaq. Sənaye 4.0-da yəni, istehsalın robotlaşdırılmasında iki məsələ var:
1) Sənaye 4.0-a lazım olan robotları istehsal etmək
2) Bu robotları başqa ölkələrdən alıb, istehsalı bu robotlarla etmək
Robot istehsal edə bilməyəcəyimizə görə bizim üçün ikinci bənd önəmlidir. Yəni biz robotları, digital maşınları ABŞ, Çin, Cənubi Koreyadan alıb, istehsal müəssisələrinə yerləşdirəcəyik. Sonra robotların əməliyyat sistemlərini, proqram təminatlarını da satın alacağıq, bu proqramlarla onları işlədib, məhsul istehsal edəcək və satacağıq. Əlbəttə burda qazanan robotu istehsal edən, proqramı yazanlar olacaq. Bu “sənaye 4.0-ı” daha aydın başa düşmək üçün sadəcə bir nümunə idi.
Bəs, nə etməliyik?
– Burda iki yoldan birini seçməliyik: inqilab (şokterapiya) və təkamül. Birinci üsuldan keçən əsrdə Avropa ölkələrində istifadə olunub, risk səviyyəsi çox yüksəkdir. İkinci üsulun tətbiqi isə çox uzun çəkir. Fikrimizcə, birinci üsul nə qədər çox riskli olsa da, ikinci üsuldan daha faydalıdır. Çünki rəqabət qabiliyyətli iqtisadiyyat formalaşdırmaq istəyiriksə, bəzi riskləri də almalıyıq. Sonradan “industry 4.0”–[xi]a keçmiş ölkələrin nə sürətinə çata biləcəyik, nə də onlarla rəqabət apara biləcəyik.
– Orta məktəblərdə və Ali məktəblərdə bu istiqamətdə təşviqedici proqramlar edib, yeniliklərə hazırlamalıyıq. Universitetlərin sənaye parklarında tələbələrin istifadəsində laboratoriyalar qurmaq, quracaqları startappları dəstəkləmək.
– Yeni yaradılan sənaye məhəllələri, sənaye parklarını tam yeni sistemlə təchiz etməklə də prosesdən geri qalmamağa çalışmaq.
Azərbaycan 4-cü sənaye inqilabına sovet təfəkküründən çıxaraq keçid edəcəyinə inanırıq.
[i] https://en.wikipedia.org/wiki/Fertile_Crescent
[ii] http://science.sciencemag.org/content/300/5619/597
[iii] https://en.wikipedia.org/wiki/Electricity_generation
[iv] https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycanda_energetikan%C4%B1n_yaranma_tarixi
[v] https://ekitabevim.wordpress.com/2016/08/03/daron-acemoglu-james-robinson-uluslarin-dususu-epub/
[vi] http://www.worldfinancialreview.com/?p=2271
[vii] http://www.economist.com/node/21553017
[viii] http://ibrahimmemmedli.blogspot.com/2017/08/snaye-40.html
[ix] https://az.wikipedia.org/wiki/L%C3%BCtfi_Zad%C9%99#F.C9.99aliyy.C9.99ti
[x] https://www.nytimes.com/2017/09/11/science/lotfi-zadeh-father-of-mathematical-fuzzy-logic-dies-at-96.html