Ümumi vəziyyəti, prosesi göz önünə alınması, daha yaxşı izah edilməsi üçün müqayisəli təhlildən istifadə edilir. Öncədən qeyd etməyimiz lazımdır ki, müqayisə bir mədəniyyətdir, manuplyasiya aləti olmamalıdır. Manuplyasiya aləti kimi daha çox KİV-lərdəki xəbərlərdə görürük. Bu, məqalədəki təhlil üçün ciddi risk təşkil edir, kütləni yalnış istiqamətləndirir. Məsələn, Azərbaycanla İsraili müqayisə etməyimiz üçün sahələr dəqiq seçilməlidir. Bu ölkələr üçün SWOT analiz də apara bilərik. Ancaq ümumi olaraq dənizə çıxışı olan İEÖ İsrailin enerji sektoru ilə dənizə çıxışı olamayan İOÖ Azərbaycanı analiz etsək müqayisə qüsurlu olacaq. O da məlumdur ki, qlobal iqtisadiyyatda dənizə çıxış olmaq demək bir addım öndə olmaq deməkdir. Continue reading “Müqayisə təhlili & Satınalmada müqayisə”
Marketinq və satınalma yerinə yetirdikləri funksiyaları baxımından hər zaman çəkişməli olan iki sahədir. Belə ki, marketinq işin/xidmətin ən yaxşısını, satınalma isə işin/xidmətin və qiymətin ən optimalını istəyir. Satınalma komandası il ərzində etdiyi alışlarda daha çox qənaət etmək istəyir, marketin komandası isə il ərzində brendin bazarda daha çox tanınması, rəqiblərin addımlarına zamanında reaksiya verməsi və s. bir sözlə mahiyyəti etibarı ilə brendə daha çox dəyər qatmasını istəyir. Burda bir haşiyə çıxaq ki, satınalmanın qənaət etməsi ilə marketinqin brendə dəyər qatması bir-biri ilə tərs mütənasib deyil.
Bu məqalədə ‘’iki bir-birinə zidd sahənin birlikdə necə harmoniya şəklində işləyə bilər?’’ sualına cavab tapmağa çalışacağıq. Ola bilər ki, tapdığım cavablar bir tərəfli olsun – satınalmaçı olaraq. Müzakirəyə açıq olduğunu da burdan qeyd etmiş olaq Continue reading “Marketinq və satınalma birlikdə necə daha yaxşı işləyə bilər?”
Texniki tapşırıq (TT) mal – materialın, işin, xidmətin bütün xüsusiyyətlərini özündə əks etdirən və sifarişçi tərəfindən hazırlanan sənəddir. Bir sifarişin mükəmməl yerinə yetirilməsi onun TT-sindən asılıdır Continue reading “Texniki tapşırıq nə üçün lazımdır?”
Texnologiyanın inkişafı bütün sahələrdə olduğu kimi satınalmanın da mövcud prosesinə ciddi təsir göstərir. Bu faktı bizə PwC-nin 2019-cu ildə yayınladığı “Digital Satınalma Anketi” deyir. Anketə görə böyüklüyü, fəaliyyət sektoru və digital yetkinlik səviyyəsi nə olursa olsun proseslərin digitallaşdırılması satınalmanın ikinci prioritet sahəsidir.
Manheim Universitetinin 2019-cu ildə apardığı sorğuya əsasən, satınalmada rəhbər vəzifədə çalışan şəxslərin 83.9 faizi digitallaşmanı çox önəmli görürlər. Belə ki, onların fikrincə digitallaşma ilə proseslərin avtomatlaşdırılması, məlumatların keyfiyyətinin yaxşılaşdırılması, vəsaitə qənaət edilməsi, idarə oluna bilməyən xərclərin qarşısının alınması, risklərin azaldılması kimi problemlərin həlli mümkündür
Bu hədəflərə çatmaq üçün satınalma və təchizat bölmələri istifadə etdikləri digital transformasiya alətlərini və istifadə şəklini belə sıralaya bilərik:
- Süni zəka ( Artificial Intelligence – AI) : Satınalma və tədarük zəncirinin idarə olunmasında, xüsusilə qərar dəstək sistemi olaraq qarşımıza çıxır. Digitallaşma ilə keyfiyyəti, güncəlliyi və əhatə dairəsi artan məlumatların analiz edilməsi ilə gələcəyə dönük təxminlər və strateji təkliflər süni zəkanın ən güclü tərəfidir. Şirkətdaxili məlumatları bulutdan (cloud) aldığı məlumatlar ilə şərh edən süni zəkalar satınalma və tədarük bölmələrinin rəhbərlərinə daha doğru yol xəritəsi çıxarmalarına köməklik göstərirlər. Yüksək texnoloji və proqram təminatı sektorunda ən çox istifadə olunan süni zəka tətbiqləri, yeni dövr ERP və/ vəya digər tətbiqlər ilə qərarlarımız daha da yönləndiriləcək
- Proqnozlaşdırıcı analitik (Predictive Analytics) : Keçmişdə və bu gündə baş verənlər barədə mövcud məlumatların xaricində, bir sonrakı dövrdə nələr olacağının təxmin edilməsinə qarşı daha çox proqram təminatı sahəsində istifadə olunan proqnozlaşdırıcı analitik, satınalma bölmələri tərəfindən də istifadə olunur, belə ki, növbəti dövr üçün qiymət təxminlərinin və risk ssenarilərinin yaradılmasında xüsusi əhəmiyyət kəsb edir.
Ardı var..