Uzaqda, qalaktikanın qarşı sarmal qolunda, Günəşdən beş yüz min işıq ili uzaqda, Zaphod Beeblebrox, Qalaktika Hökumətinin sədri, Damogran günəşi altında parıldayan ion motorlu delta gəmisiylə Damogran dənizləri üzərində irəliləyirdi. Cəzbedici Damogran; Vəhşi Damogran; və heç bilinməyən Damoqran deyildi.
Damogran – “Qızıl Ürəyin” gizli yuvası. Qayıq su üzərində sürüşmədə davam edirdi. Hədəfinə çatması bir az zaman alacaqdı, çünki Damogran son dərəcə əlverişsiz quruluşa sahib bir planet idi. Okeana bölünmüş böyük bir adadan daha pis bir şey yox idi.
Qayıq sürətlə gedirdi. Quru topoqrafik quruluşu səbəbindən boş planet olaraq qalmışdı. Buna görə də Kral Qalaktikası hökuməti buranı “Qızıl Ürək” layihəsi üçün seçmişdi, çünki bura o qədər kimsəsiz və bir o qədər də gizlin idi ki. Gəmi dənizdə, bütün planetdə mövcud olan tək adalar birliyinin ana adaları arasındakı dənizdə sürüşməyi davam etdirirdi. Zaphod Beeblebrox, Pasxa Adasındakı (Galaktikçədə kiçik düz və açıq qəhvəyi mənasını verir) kiçik kosmos bazasından, başqa ad bənzərliyi olan Fransa deyilən, “Qızıl Ürək” adasına doğru yola çıxmışdı.
Douglas Adamsın 1979-cu ildə fantastik janrda qələmə aldığı “Avtostopçunun qalaktika rəhbəri” kitabı hələ də günümüzün “texnoloji inqilablarında” ilham mənbəyi olaraq qalır.
Kitab, Artur Dent adlı bir ingilisin kosmosda daha qısa yol tapılması üçün dünyanın partladılmasından əvvəl Ford Prefect adındakı yadplanetli ilə Voqon inşaat gəmisində avtostop edərək dünyadan qaçmağı bacarırlar. Ancaq voqonlar tərəfindən müəyyən edilən ikili gəmidən xaric edilirlər.
“Mütləq Cavab”-ı axtararkən qarşılaşdıqları macəralar əsəri daha da maraqlı edir.
Qeyd: Fevralın əvvəllərində dünyanın ən güclü raketi olan və Teslanı daşıyan Falcon Heavydəki “Don`t Panic” sitatı da bu kitabdan götürülmüşdür.