Texnologiyanın inkişafı bütün sahələrdə olduğu kimi satınalmanın da mövcud prosesinə ciddi təsir göstərir. Bu faktı bizə PwC-nin 2019-cu ildə yayınladığı “Digital Satınalma Anketi” deyir. Anketə görə böyüklüyü, fəaliyyət sektoru və digital yetkinlik səviyyəsi nə olursa olsun proseslərin digitallaşdırılması satınalmanın ikinci prioritet sahəsidir.
Manheim Universitetinin 2019-cu ildə apardığı sorğuya əsasən, satınalmada rəhbər vəzifədə çalışan şəxslərin 83.9 faizi digitallaşmanı çox önəmli görürlər. Belə ki, onların fikrincə digitallaşma ilə proseslərin avtomatlaşdırılması, məlumatların keyfiyyətinin yaxşılaşdırılması, vəsaitə qənaət edilməsi, idarə oluna bilməyən xərclərin qarşısının alınması, risklərin azaldılması kimi problemlərin həlli mümkündür
Bu hədəflərə çatmaq üçün satınalma və təchizat bölmələri istifadə etdikləri digital transformasiya alətlərini və istifadə şəklini belə sıralaya bilərik:
- Süni zəka ( Artificial Intelligence – AI) : Satınalma və tədarük zəncirinin idarə olunmasında, xüsusilə qərar dəstək sistemi olaraq qarşımıza çıxır. Digitallaşma ilə keyfiyyəti, güncəlliyi və əhatə dairəsi artan məlumatların analiz edilməsi ilə gələcəyə dönük təxminlər və strateji təkliflər süni zəkanın ən güclü tərəfidir. Şirkətdaxili məlumatları bulutdan (cloud) aldığı məlumatlar ilə şərh edən süni zəkalar satınalma və tədarük bölmələrinin rəhbərlərinə daha doğru yol xəritəsi çıxarmalarına köməklik göstərirlər. Yüksək texnoloji və proqram təminatı sektorunda ən çox istifadə olunan süni zəka tətbiqləri, yeni dövr ERP və/ vəya digər tətbiqlər ilə qərarlarımız daha da yönləndiriləcək
- Proqnozlaşdırıcı analitik (Predictive Analytics) : Keçmişdə və bu gündə baş verənlər barədə mövcud məlumatların xaricində, bir sonrakı dövrdə nələr olacağının təxmin edilməsinə qarşı daha çox proqram təminatı sahəsində istifadə olunan proqnozlaşdırıcı analitik, satınalma bölmələri tərəfindən də istifadə olunur, belə ki, növbəti dövr üçün qiymət təxminlərinin və risk ssenarilərinin yaradılmasında xüsusi əhəmiyyət kəsb edir.
Ardı var..