Daron Acemoğlu və James Robinson-un birlikdə yazdığı “Why Nations Fail” (Xalqların Düşüşü*) kitabı sisyasi elmlər, instusional nəzəriyyəçilər və iqtisatçılar üçün çox maraqlıdır. Avrasyadan tutmuş Amerikaya, Afrikadan tutmuş Avstraliyaya qədər böyük coğrafiyada yerləşən istər balaca, istərsə də, böyük millətlərin keçdiyi tarixi dolğun izah edərək günümüzdəki mövcud inkişaf şəraiti ilə müqayisə aparır.
Keçmiş imperiyaların sənaye inqilablarından sonra geriləməyə başlamasını və necə oldu ki, “Qara ölüm” (vəba xəstəliyi) bir xəstəlikdən çıxıb İngiltərə üçün sonradan “şəfa” gətirdi.
Kitabda bir çox suala cavab tapmaq mümkündür. Bir neçə teoremləri çürütməsi də əsərə başqa bir möhtəşəmlik qatır.
Bizim üçün maraqlı ola biləcək başqa bir tərəfi isə bir zamanlar müstəmləkəsi olduğumuz Çar və Sovet dövrlərinə aid geniş analizlərin yer almasıdır.
*şərti adı