Fərqli pul vahidləri arasında satın alma gücünü bərabərləşdirərək ölkələr arasındakı qiymət fərqlərini aradan qaldırmaq üçün istifadə olunur. Əvvəlcədən müəyyən edilmiş əmtəə və xidmət qrupunun fərqli ölkələrdə öz pul vahidləri ilə bir – birinə nisbəti hesablanaraq əldə edilir.
İqtisadi böyüklük və adambaşına düşən gəlir kimi bir çox göstəricilərin beynəlxalq müqayisədə istifadə olunması üçün qiymət fərqliliklərini aradan qaldırmaq lazımdır. Satınalma gücü pariteti ölkələr arasındakı məlumatları (iqtisadi göstəriciləri) ortaq formaya gətirərək müqayisədə daha real nəticə əldə olunmasına əsaslanır.
SGP = P1 / P2
= birinci ölkədə yerli pul ilə alınan məhsul qiyməti / ikinci ölkədə yerli pul ilə alınan məhsul qiyməti
Məsələn,
Azərbaycanda yaşayan bir istehlakçı marketdən bir məhsula 100 manat verir, ABŞ-da yaşayan istehlakçı eyni məhsula 80 dollar verir. Bu vəziyyətdə Azərbaycan və ABŞ arasındakı satınalma gücü pariteti 100 manat / 80 dollar = 1.25 olaraq hesablanır. Yəni 1 ABŞ dollarının alım gücü Azərbaycanda 1.25 azn-a bərabər olduğu mənasına gəlir.
Bu misala görə ABŞ-lı istehlakçı öz ölkəsində eyni miqdarı ödəyərək azərbaycanlı istehlakçının Azərbaycanda aldığı məhsulu ala bilmək üçün USD / AZN məzənnəsinin 1.25 olması lazımdır. Bu vəziyyətdə beynəlxalq müqayisədə satınalma gücündən istifadə mümkünsüzdür. Ona görə də həmin ölkələrdə həqiqi məzənnə səviyyəsini də diqqətə almaq lazımdır. Bir Azərbaycan vətəndaşı manatı dollara çevirib, eyni əmtəəni almaq istədikdə fərq ortaya çıxacaqdır. Bu vəziyyətdə 1.25 azn ABŞ-a aparıb, orada xərcləmək istədikdə USD/AZN məzənnəsi 3 AZN isə 1.25 azn 0.41 usd-yə bərabər olacaqdır. Bu hesaba görə bir Azərbaycan vətəndaşı öz ölkəsində aldığı eyni məhsulu ABŞ-da ala bilməyəcək.
İkinci misalda göstərilən qarşılaşdırma “qiymət səviyyəsi indeksi” adlanır. Bütün ölkələrin qiymət səviyyələri satınalma gücü paritetinin məzənnəyə bölünməsi ilə ABŞ vəya Aİ-yə indekslənməkdə və beynəlxalq müqayisədə istifadə olunan indeks əmələ gətirməktədir.
Satınalma Gücü Paritetinin ingilis dilində qarşılığı = Purchasing Power Parity (PPP)