Stephen Kinzerin bu əsəri İranın XX əsrinə işıq tutur. Kitab axıcı olmağı ilə bərabər çox informativdir. Kitabı vərəqlədikcə müasir İran gözlər önündən keçir: içə qapanıq, sanksiyalar altında əzilən xalq və s.
Müsəddiq: Bəlkə də bu adı heç eşitməmisiz. Halbuki XX əsr İranını onsuz təsəvvür etmək mümkünsüzdür.
Məsələn, 1951-ci ildə İlin adamı seçilməsini:
Müsəddiq 1951-ci il boyu dünya səhnəsindən düşməmiş və həlledici bir rol oynamışdı. Yaxşı və ya pis fikirləri ilə tarixi yenidən yazırdı. “Time” jurnalının Harri Trumen, Duayt Eyzenhauer vəya Uinston Çörçill varkən onu “İlin adamı” seçməsi heç kimi təəccübləndirmədi
“Ayaks” əməliyyatı və onun uzun müddət davam edən nəticələri, o cümlədən prosesin hazırlanması, həyata keçirilməsi çox gözəl izah edilir
Bugünkü İran siyasi tarixi haqqında maraqlananlar üçün mütləq oxunması lazım kitabdır.