Ümumi vəziyyəti, prosesi göz önünə alınması, daha yaxşı izah edilməsi üçün müqayisəli təhlildən istifadə edilir. Öncədən qeyd etməyimiz lazımdır ki, müqayisə bir mədəniyyətdir, manuplyasiya aləti olmamalıdır. Manuplyasiya aləti kimi daha çox KİV-lərdəki xəbərlərdə görürük. Bu, məqalədəki təhlil üçün ciddi risk təşkil edir, kütləni yalnış istiqamətləndirir. Məsələn, Azərbaycanla İsraili müqayisə etməyimiz üçün sahələr dəqiq seçilməlidir. Bu ölkələr üçün SWOT analiz də apara bilərik. Ancaq ümumi olaraq dənizə çıxışı olan İEÖ İsrailin enerji sektoru ilə dənizə çıxışı olamayan İOÖ Azərbaycanı analiz etsək müqayisə qüsurlu olacaq. O da məlumdur ki, qlobal iqtisadiyyatda dənizə çıxış olmaq demək bir addım öndə olmaq deməkdir. Continue reading “Müqayisə təhlili & Satınalmada müqayisə”
Satınalan təşkilat tender prosesi zamanı nümunə tələb edə bilərmi? Bu sualın konkret nə “hə” cavabı var nə də ki, “yox”. Fikrimizi biraz daha açaq, ilk öncə özəl təşkilatlardakı prosesin necə getdiyinə nəzər salaq.
Satınalma prosesini kompleks bir proses olaraq götürək. Bir tərəfdə satınalmaya qədər olan hissə, mərkəzdə satınalma, digər tərəfdə təchizatçılar. Satınalmaya qədər formalaşıb gələn texniki spesifikasiyaya (lazım olduğu zaman satınalma və sifarişi texniki spesifikasiyanı formalaşdıra bilər) uyğun olaraq prosedurlar çərçivəsində tender keçirilir. Bütünlüklə hər bir özəl təşkilatda satınalma prosesi üçün prosedurlar yazılır. Prosedurlarda alış üsulları üçün məbləğlər qeyd edilir ki, bu satınalmaçılar üçün əsas sənəddir.
Dövlət sektoru üçün alışlar qanunlara əsaslanır. Dövlət sektoru dedikdə: Dövlət satınalmaları haqqında qanunun 1.2–1.6-cı maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir.
Həm özəl sektor, həm də dövlət sektoru üçün yuxarıda qeyd etdiyimiz “nümunə” problemi aktualdır. Fikrimcə sənaye sahələri üzrə ələ alsaq suala daha aydın cavab verə bilərik. Məsələn, istehsal sahələrində ehtiyyat hissə alışları üzrə tender keçirilən zaman nümunə təqdim edilməsi prioritet deyil, ehtiyyat hissə nömrəsi (part number) əsasında alış edilə bilər. Həmçinin avadanlıq alışı, IT tenderləri, o cümlədən texniki göstəricilər tam formada verilən, eskizi əlavə edilən, risk dərəcəsi aşağı olan sorğular üçün də prioritet olmaya bilər. Lakin ümumiləşdirib deyə bilmərik ki, “satınalma zamanı nümunə istənilməsi qeyri-qanunidir”.
Xüsusilə marketinq tenderlərində bir qayda olaraq nümunə istənilir. Çünki marketinqin məqsədi bazarda brendin daha çox tanınmasına nail olmaq, satışları artırmaqdır. Daha öncəki məqaləmizdə marketinq və satınalmanın birlikdə işləyərkən yaranan problemləri haqqında yazmışdıq. Marketinq tenderlərində texniki göstəricilər, eskizlər, nə qədər mükəmməl olursa olsun bəzən nümunənin olması şərtdir.
Niyə şərtdir? – Çünki reklam bazarında müxtəlif növ çap avadanlığı, materialı var. Qeyd edilənləri nəzərə alsaq, nümunə təqdim edilməsi şərtdir
Özəl təşkilatlarda adətən bürokratik proseslər çox olmur. Əgər sifarişçi qiymətə deyil, keyfiyyətə üstünlük verəcəksə, öncədən tender prosesində şərtlər toplusu formalaşdırılarkən (ƏŞT) nümunənin də istənilməsi, dəyərləndirmə prosesində ƏŞT-də göstərilən meyarlar əsasında tender qalibinin seçimi olur.
E-huquq saytında vəkil dostumuz satınalmalar haqqında qanuna istinad edərək satınalan təşkilatın müqavilə bağlamadan nümunə istəməsini qanuna zidd olaraq şərh edib. Öncədən onu qeyd edək ki, bu prosesdə bir alan tərəf var, bir satan tərəf. Həmin məqaləni nəzərdən keçirsək hiss etmək olar ki, satan tərəfdən çıxış edilir, ancaq alan tərəfin riskləri nəzərə alınmır. Belə ki, nümunə istənilmənin səbəbi odur ki, tender prosesində lazım olan bütün proseslər nəzərə alınaraq qərar verilsin. Sonradan yaranacaq vaxt itkisi, maliyyə itkisi kimi risklər öncədən dəyərləndirilsin.
Həmin məqalədə istinad edilən qanunda ümumiyyətlə nümunənin istənilməsi ilə bağlı bənd yoxdur. Ancaq istinad edilən 50-6.1-ci maddədə qeyd edilir: Elektron satınalma nəticəsində bu Qanunun 37.7-ci maddəsinə əsasən müəyyən olunan ən aşağı qiymət təklifi və ya keyfiyyət və texniki cəhətdən ən sərfəli təklif qalib hesab olunur. “Ən aşağı qiymət təklifi..” hissəsinə qədər hər şey qaydasındadır, ancaq keyfiyyətin meyarı nümunə əsasında da ölçülə bilir. Yəni dolayısı ilə nümunənin istənilməsi qanunidir. Onu da qeyd edək ki, tender ƏŞT formalaşdırılarkən hansı meyarlar əsasında seçim ediləcəyi açıq qeyd edilir, yəni satınalma yalnız qiymətə fokuslanmaya bilər.
Daha öncəki məqalədə marketinq və satınalmanın birlikdə necə daha yaxşı çalışa biləcəyi haqqında yazmışdıq. Bu dəfə isə hər hansı bir kreativ agentlik seçimində hər iki qurumun necə fokuslanmağından, yanaşmalarından bəhs edəcəyik.
Kreativ agentlik necə seçilir və ya necə seçilməlidir?
İlk öncə hər bir qurumun fokuslandığı kriteriyaların fərqli olduğunu qeyd etsək, sonradan yazdıqlarımız daha yaxşı anlaşılacağı qənaətindəyəm. Belə ki, kreativ agentliklər birbaşa şirkətlərin marketinq strukturları ilə çalışırlar. Marketoloqların agentliklərlə əməkdaşlıq seçimi üçün mürəkkəb bir meyarları olmur. Əsas diqqət yetirdikləri portfolio və müəyyən olunan müddət ərzində hər iki komandanın bir birinə adaptasiyasıdır. Portfolio bir növ qarantiyadır. Adaptasiya isə özü ilə daha keyfiyyətli iş ortaya çıxara bilir. Marketinq öncədən onlara ayrılan büdcə çərçivəsində əlbəttə büdcəni qənaətlə istifadə etməyə məcburdurlar, ancaq bu məcburiyyətdir, seçim meyarı deyil. Continue reading “Kreativ Agentlik seçimi”
Marketinq və satınalma yerinə yetirdikləri funksiyaları baxımından hər zaman çəkişməli olan iki sahədir. Belə ki, marketinq işin/xidmətin ən yaxşısını, satınalma isə işin/xidmətin və qiymətin ən optimalını istəyir. Satınalma komandası il ərzində etdiyi alışlarda daha çox qənaət etmək istəyir, marketin komandası isə il ərzində brendin bazarda daha çox tanınması, rəqiblərin addımlarına zamanında reaksiya verməsi və s. bir sözlə mahiyyəti etibarı ilə brendə daha çox dəyər qatmasını istəyir. Burda bir haşiyə çıxaq ki, satınalmanın qənaət etməsi ilə marketinqin brendə dəyər qatması bir-biri ilə tərs mütənasib deyil.
Bu məqalədə ‘’iki bir-birinə zidd sahənin birlikdə necə harmoniya şəklində işləyə bilər?’’ sualına cavab tapmağa çalışacağıq. Ola bilər ki, tapdığım cavablar bir tərəfli olsun – satınalmaçı olaraq. Müzakirəyə açıq olduğunu da burdan qeyd etmiş olaq Continue reading “Marketinq və satınalma birlikdə necə daha yaxşı işləyə bilər?”
Coca-Cola dünyanın ən populyar içkilərindən və ən məşhur markalarından biridir. Hər gün 200-dən çox ölkədə 1.9 milyarddan çox Coca-Cola porsiyası satılır.
Logistika baxımından bu böyük vəzifədir. Bu blog yazısında gizli resept açıqlanmasa da maraqlı tədarük zənciri haqqında məlumat verilir. Bunun səbəbi odur ki, alkoqolsuz içki tərəfdaşlarının istehsal müəssisələrinə şərbət şəklində gəlir və daha sonra karbon qazı və şəkərlə qarışdırılır. İçkinin gizli tərkibinə dair yeganə minimal ipucu adıdır. Coca-Cola adı orjinal reseptdə istifadə olunan maddələrə əsaslanır: koka yarpaqları və kola lobyası Continue reading ““COCA-COLA”-NIN INANILMAZ TƏDARÜK ZƏNCIRI”
Texniki tapşırıq (TT) mal – materialın, işin, xidmətin bütün xüsusiyyətlərini özündə əks etdirən və sifarişçi tərəfindən hazırlanan sənəddir. Bir sifarişin mükəmməl yerinə yetirilməsi onun TT-sindən asılıdır Continue reading “Texniki tapşırıq nə üçün lazımdır?”
Texnologiyanın inkişafı bütün sahələrdə olduğu kimi satınalmanın da mövcud prosesinə ciddi təsir göstərir. Bu faktı bizə PwC-nin 2019-cu ildə yayınladığı “Digital Satınalma Anketi” deyir. Anketə görə böyüklüyü, fəaliyyət sektoru və digital yetkinlik səviyyəsi nə olursa olsun proseslərin digitallaşdırılması satınalmanın ikinci prioritet sahəsidir.
Manheim Universitetinin 2019-cu ildə apardığı sorğuya əsasən, satınalmada rəhbər vəzifədə çalışan şəxslərin 83.9 faizi digitallaşmanı çox önəmli görürlər. Belə ki, onların fikrincə digitallaşma ilə proseslərin avtomatlaşdırılması, məlumatların keyfiyyətinin yaxşılaşdırılması, vəsaitə qənaət edilməsi, idarə oluna bilməyən xərclərin qarşısının alınması, risklərin azaldılması kimi problemlərin həlli mümkündür
Bu hədəflərə çatmaq üçün satınalma və təchizat bölmələri istifadə etdikləri digital transformasiya alətlərini və istifadə şəklini belə sıralaya bilərik:
- Süni zəka ( Artificial Intelligence – AI) : Satınalma və tədarük zəncirinin idarə olunmasında, xüsusilə qərar dəstək sistemi olaraq qarşımıza çıxır. Digitallaşma ilə keyfiyyəti, güncəlliyi və əhatə dairəsi artan məlumatların analiz edilməsi ilə gələcəyə dönük təxminlər və strateji təkliflər süni zəkanın ən güclü tərəfidir. Şirkətdaxili məlumatları bulutdan (cloud) aldığı məlumatlar ilə şərh edən süni zəkalar satınalma və tədarük bölmələrinin rəhbərlərinə daha doğru yol xəritəsi çıxarmalarına köməklik göstərirlər. Yüksək texnoloji və proqram təminatı sektorunda ən çox istifadə olunan süni zəka tətbiqləri, yeni dövr ERP və/ vəya digər tətbiqlər ilə qərarlarımız daha da yönləndiriləcək
- Proqnozlaşdırıcı analitik (Predictive Analytics) : Keçmişdə və bu gündə baş verənlər barədə mövcud məlumatların xaricində, bir sonrakı dövrdə nələr olacağının təxmin edilməsinə qarşı daha çox proqram təminatı sahəsində istifadə olunan proqnozlaşdırıcı analitik, satınalma bölmələri tərəfindən də istifadə olunur, belə ki, növbəti dövr üçün qiymət təxminlərinin və risk ssenarilərinin yaradılmasında xüsusi əhəmiyyət kəsb edir.
Ardı var..