Mavi Yer kürəsini arxasına alan Edmon kosmosun qaranlığında süzülürdü. “Haradan gəlirik?” deyə soruşdu. “Həqiqət budur ki, heç bir yerdən gəlmirik..amma hər yerdən gəlirik. Kainatdakı həyatı yaradan eyni fizik qanunlarının məhsuluyuq. Xüsusi deyilik. Tanrı olsa da, olmasa da varıq. Entropinin inkar edilməz nəticəsiyik. Həyat kainatın əsası deyil. Həyat, kainatın yaratdığı və enerjisini dağıtmaq üçün hazırladığı bir şeydir.”
Edmond, “Dostlarım,” dedi. “Əgər sizə göstərdiklərimi izlədinizsə, əhəmiyyətini anladınız. Hələ də şübhəniz varsa, məni izləməyə davam edin, çünki bu görüşün başqa bir kəşfə meydan verdiyini görəcəksiniz. Çox daha önəmli bir kəşfə..”
Qısa səssizlikdən sonra
“Haradan gəldiyimiz .. haraya getdiyimizin heyrəti ilə belə yarışa bilməz.”
“DaVinçi Şifrəsi” başda olmaqla, bir çox məşhur əsərin müəllifi Dan Braun sonuncu əsəri də möhtəşəmliyinə görə digərlərindən heç də geri qalmır.
Hadisələr İspaniyada cərəyan edir. Elm adamı Edmond Kirş bütün dini inancları kökündən dəyişəcək kəşfi bütün dünyaya elan etmək üçün yüzdən çox tanınmış şəxsi bir muzeyə yığır. Eyni zamanda paralel olaraq çıxış bütün dünyada yayımlanır. Konfransın mövzusu isə “Hardan gəlirik?” və “Hara gedirik?” Edmond bu suallara cavab verdiyi zaman öldürülür.
Bütün əsərlərinin baş qəhrəmanı olan Professor Robert Langdon həm tələbəsi, həm də yaxın dostunun kim tərəfindən öldürüldüyü və kəşfinin nə olduğunu bütün dünyaya çatdırmaq üçün hərəkətə başlayır. O, yaxın zamanda taxta çıxacaq kralın nişanlısı ilə müvəffəq olur, dostunun yarım qoyduğu işi tamamlayırlar.
Əsərdən başqa spoiler verməmək üçün bu qədər kifayət edər 😉
Xoş Mütaliələr 🙂